24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib

Tarix: 05-10-2023 / 11:41 | Baxılıb: 180
yazıyı büyüt yazıyı küçült
Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilibAzərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçi Yusif Məmmədrza oğlu Xəlilov dəfn edilib.

"24İNFO" "Report"un Cənub bürosununa istinadın xəbər verir ki, mərasimdə yaylım atəşi açılıb, daha sonra şəhid Lənkəran rayonunun Veravul kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmilərlə yanaşı, rayon sakinləri, qazilər, müharibə iştirakçıları və şəhidin doğmaları iştirak ediblər.

Bildirilib ki, Y.Xəlilov həm də 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və yaralanıb.

Mərasimdə şəhidlərimizin qanının yerdə qalmadığı, bu günə qədər xalqımıza qarşı mənfur düşmənin törətdiyi heç bir cinayətin cavabsız qalmayacağı, hər bir caninin haqq etdiyi cəzasını alacağına əminlik qeyd edilib.

Şəhidin tabutuna bükülən Dövlət Bayrağı onun ailə üzvlərinə təqdim olunub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ