24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Rabitəbank"ın kredit portfeli 15% yüksəlib

Tarix: 18-10-2023 / 16:32 | Baxılıb: 184
yazıyı büyüt yazıyı küçült
"Rabitəbank"ın kredit portfeli 15% yüksəlib2023-cü ilin III rübündə "Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 701 milyon 471 min manat olub.

"Rabitəbank" 2023-cü ilin III rübünün uğurlu maliyyə hesabatını - AÇIQLAYIB

"24İNFO" bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 90 milyon 594 min manat (14,8%) artıb.
Bunun da 241 milyon 313 min manatı istehlak kreditlərinin payına 334 milyon 629 min manatı biznes kreditlərinin payına 125 milyon 529 min manatı isə ipoteka kreditlərinin payına düşüb.

Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri 35 milyon 709 min manat (17,4%), biznes kreditləri 29 milyon 225 min manat (9,6%), daşınmaz əmlak kreditləri 25 milyon 661 min manat (25,7%) artıb.

Müştərilərə ümumilikdə 684 milyon 210 min manat xalis kredit verilib ki, bu göstərici də son doqquz ayda 97 milyon 183 min manat (16,6%) artım deməkdir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ