24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Azərpoçt" seçki günü gücləndirilmiş iş rejimdə çalışacaq

Tarix: 06-02-2024 / 16:28 | Baxılıb: 304
yazıyı büyüt yazıyı küçült
"Azərpoçt" seçki günü gücləndirilmiş iş rejimdə çalışacaqRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Seçki günü respublika üzrə bütün poçt şöbələri növbəli iş qrafikində xidmət göstərəcək.

Seçki məntəqələri fasiləsiz poçt və maliyyə xidmətləri ilə təmin olunacaq.

Eyni zamanda növbəli iş qrafiki ilə çalışan poçt əməkdaşlarının seçki hüququndan istifadə etmələri üçün lazımi şərait yaradılacaq.

Vətəndaşlar hər hansı bir sualı olduğu halda "169" Çağrı Mərkəzi və qurumun rəsmi sosial şəbəkə hesabları vasitəsilə əlaqə saxlaya bilərlər.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ