24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Arif Paşayev dünya elminin inkişafına böyük töhfələr verən nadir şəxsiyyətlərdəndir”

Tarix: 16-02-2024 / 14:51 | Baxılıb: 104
yazıyı büyüt yazıyı küçült
“Arif Paşayev dünya elminin inkişafına böyük töhfələr verən nadir şəxsiyyətlərdəndir”“Arif Paşayev dünya elminin inkişafına böyük töhfələr verən nadir şəxsiyyətlərdəndir”

“Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev dünya elminin inkişafında mühüm xidmətləri olan, Azərbaycan adına böyük uğurlara imza atan nadir şəxsiyyətlərdəndir”.


Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edən Cəlil Xəlilov görkəmli akademikin uzun illərdir ki, Azərbaycan adına böyük uğurlara imza atdığını bildirib:


“Akademik Arif Paşayev uzun illərdir ki, elmin inkişafına böyük töhfələr verməkdə, elmə gətirdiyi yeniliklər, unikal və təkrarsız elmi əsərlərlə beynəlxalq elmi ictimaiyyət tərəfindən böyük maraqla izlənməkdədir. Təkcə bir faktı qeyd edim ki, hörmətli akademik 500-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, 60-dan artıq ixtira, respublika və beynəlxalq səviyyəli patentin müəllifidir. Bu gün 90 illik ömrünün zirvəsində qərar tutan Arif Paşayev çoxsaylı elmi mütəxəssislərin hazırlanmasında mühüm rol oynamış, bu sahədə böyük bir məktəb formalaşdırmışdır.


“Arif Paşayev dünya elminin inkişafına böyük töhfələr verən nadir şəxsiyyətlərdəndir”Hörmətli rektor elm sahəsindəki yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Arif Paşayev Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan”la, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qızıl medal”ı, Akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal”ı, Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeni və başqa çoxsaylı diplomlarla təltif olunmuşdur.


Mən 90 illik yubileyi münasibətilə dəyərli akademikimizi təbrik edir, ona uzun ömür, cansağlığı və yeni elmi uğurlar arzulayıram. Əminəm ki, akademik Arif Paşayev bundan sonra da elmə gətirdiyi yeniliklərlə bütün dünyanın diqqət mərkəzində olacaq, öz uğurları ilə bütün xalqımıza sevinc bəxş edəcək”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ