24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Paralimpiyaçılar bu gün vətənə dönür

Tarix: 22-09-2016 / 08:55 | Baxılıb: 1 886
yazıyı büyüt yazıyı küçült
Paralimpiyaçılar bu gün vətənə dönürRio-de-Janeyro Yay Paralimpiya Oyunlarında uğurla iştirak edən Azərbaycanın Paralimpiya komandası bu gün vətənə qayıdır.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə idmançılarımızı gətirən təyyarə saat 18.35 -də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.

Xatırladaq ki, Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançı və 2 liderlə təmsil olunub. Milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri arasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Ötən gün Prezident İlham Əliyev Rio-da uğurla çıxış edən idmançılar və onların məşqçilərinin təltif olunması barədə sərəncam imzalayıb. İkiqat Paralimpiya çempionu İlham Zəkiyev isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ