24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

II Uşaq Paralimpiya İdman Oyunlarına 1 gün qaldı

Tarix: 10-11-2016 / 17:35 | Baxılıb: 1 387
yazıyı büyüt yazıyı küçült
II Uşaq Paralimpiya İdman Oyunlarına 1 gün qaldıSabah Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi, “Azercell Telekom” MMC və “UNİCEF” in Azərbaycan nümayyəndəliyinin birgə təşkilatçılığı ilə respublikada II UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI keçiriləcəkdir.

Oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 60 dan cox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaqdır.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaratmışdır. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

II UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI Sumqayıt Paralimpiya İdman Kompleksində səhər saat 11.00 da keçiriləcək.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ