24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

İlham Zəkiyevin oğlu çempion oldu - VİDEO

Tarix: 11-11-2016 / 20:58 | Baxılıb: 2 145
yazıyı büyüt yazıyı küçült
İlham Zəkiyevin oğlu çempion oldu - VİDEOBu gün Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.
İdman oyunlarında respublikanın müxtəlif regionlarını - Bakı, Sumqayıt, Naxçıvan, Ağdaş, Ağsu və Şəkini təmsil edən sağlamlıq imkanları məhdud 70 uşaq qələbə uğrunda mübarizə aparıb.

Qaliblər arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyevin oğlu, İlkin Zəkiyev də var.

Qeyd edək ki, yarışların açılış mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, oyunların rəsmi tərəfdaşları “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və UNICEF-in Azərbaycan üzrə nümayəndəsi Edvard Karvadin çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Bildirilib ki, Milli Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb edilməsini himayəsinə götürüb və 2013-cü ilin sentyabrında Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

İlham Zəkiyevin oğlu çempion oldu - VİDEO
İlham Zəkiyevin oğlu çempion oldu - VİDEO
İlham Zəkiyevin oğlu çempion oldu - VİDEO
İlham Zəkiyevin oğlu çempion oldu - VİDEO
İlham Zəkiyevin oğlu çempion oldu - VİDEO
İlham Zəkiyevin oğlu çempion oldu - VİDEO
İlham Zəkiyevin oğlu çempion oldu - VİDEO








Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ