24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Kamal Məmmədov mükafatlandırıldı

Tarix: 27-01-2017 / 23:47 | Baxılıb: 1 883
yazıyı büyüt yazıyı küçült
Kamal Məmmədov mükafatlandırıldıYanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib.Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2016-cı ildə QHT-lərə dövlət dəstəyinin istiqamətlərinə uyğun olaraq görülən işlər, Şuranın həyata keçirdiyi tədbir və müsabiqələr, dövlət proqramlarının icrası çərçivəsində həyata keçirilən işlər, layihələrin idarə olunması və monitorinqlərin təşkili, beynəlxalq əlaqələr, çap məhsulları, elektron resurslar, monitorinqlər zamanı aşkarlanan problemlər və onların həlli istiqamətində atılmış addımlar, layihələr üzrə ən yaxşı nümunələr və yeni hədəflər barədə geniş məruzə ilə çıxış edib.

Fərasət Qurbanov Şura Katibliyinin icra olunan layihələrin 326-sını yaxşı, 80-ni əla, 75-ni kafi, 12-sini isə qeyri-kafi qiymətləndirdiyini deyib.

Daha sonra 2016-cı ildə layihələrin icrasını ən yüksək səviyyədə həyata keçirmiş
“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova,
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacəmi Atakişiyev,
“Əlil İdmançılara Dəstək” İctimai Birliyinin sədri Kamal Məmmədov,
“EL-1” İdman Klubu İctimai Birliyi Elçin Çobanzadə,
“Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin rəhbəri Ramiz Əliyev,
“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifovaya

Şura sədri Azay Quliyev tərəfindən mükafatlar təqdim olunub.
Mükafatçılar sırasında Milli Paralimpiya komitəsinin şöbə müdiri Kamal Məmmədov da var.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ