24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçildi

Tarix: 03-03-2017 / 13:59 | Baxılıb: 3 067
yazıyı büyüt yazıyı küçült
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçildiAzərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin
V Hesabat seçki yığıncağı keçirilmişdir.

03 mart 2017-ci il tarixində Milli Olimpiya Komitəsinin binasında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin V Hesabat seçki yığıncağı keçirilmişdir. Yığıncaqda aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2013-2016 - cı illər üzrə fəaliyyəti barədə hesabatı.
2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Nəzarət təftiş Komissiyasının hesabatı.
3. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin " 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017 – 2020 – cı illər üçün Stratejı fəaliyyət Planı" haqqında.
4. Təşkilatı məsələlər:
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2013-2016 - cı illər üzrə fəaliyyəti barədə hesabatı, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Nəzarət təftiş Komissiyasının hesabatı müzakirə edilərək, Komitənin dörd illik fəaliyyətinin qənaətbəxş edilməsi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin " 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017 – 2020 – cı illər üçün Stratejı fəaliyyət Planı" nın təsdiq edilməsi barədə Qərarlar qəbul edilmişdir. Sonra rəhbər orqanlara seçkilər keçirilmişdir. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilmişdir. Natiq Qasımov Komitənin birinci vitse prezidenti, İlham Zəkiyev Vitse prezident, Şaiq Həmidov isə Baş katib vəzifələrinə seçilmişlər.

Hesabat secki yığıncağında Komitənin İcraiyyə Komitəsinin və Nəzarət-təftiş komisiyyasının tərkibinə aşağıdakı şəxslər seçilmişlər:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin
İcraiyyə Komitəsinin üzvləri

1. Rəhimov İlqar Elxan oğluARMPK-nin prezidenti,
İcraiyyə komitəsinin sədri
2. Qasımov Natiq Misir oğlu ARMPK-nin I Vitse prezidenti,
İcraiyyə komitəsinin sədr müavini
3. Zəkiyev İlham Əzizağa oğluARMPK-nin Vitse prezidenti,
İcraiyyə komitəsinin üzvü
4. Həmidov Şaiq Məmməd oğluARMPK-nin Baş Katibi, İcraiyyə komitəsinin katibi
5. Əliyev Rauf Asif oğlu Milli Məclisin deputatı,
İcraiyyə komitəsnin üzvü
6. Sadıxov Sadıx Asəf oğlu “Neftçi”İS icraçı direktoru,
İcraiyyə komitəsinin üzvü
7. Məmmədov Aydın Ağaəli oğlu AGİN-nin sektor müdiri,
İcraiyyə komitəsinin üzvü
8. Abdullayev Səmyar Abdulla oğlu Gözdən Əlillər Cəmiyyətinin prezidenti,
İcraiyyəkomitəsinin üzvü
9. Kərimov Mehman Bayram oğlu MilliOlimpiya Komitəsinin
şöbəmüdiri,
İcraiyyə komitəsinin üzvü
10. Abbasova Səlhət Manaf qızı Milli Olimpiya Komitəsinin
Ədalətli OyunlarKomissiyasının
məsul katibi, İcraiyyə komitəsinin üzvü
11. Hacıyev Yaşar Fərəc oğlu Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru, İcraiyyə komitəsinin üzvü

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin
Nəzarə-təftiş komissiyasının üzvləri
1. Ağayev Nizami ARMPK-nin Nəzarət Təftiş Komissiyasının sədri
2. Vəliyeva Zinyət -ARMPK-nin Nəzarət Təftiş Komissiyasının üzvü
3. Vüsalə Kərimova - ARMPK-nin Nəzarət Təftiş Komissiyasının üzvü


İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçildi
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçildi
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçildi
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçildi






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ