24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

Tarix: 24-10-2018 / 17:04 | Baxılıb: 1 080
yazıyı büyüt yazıyı küçült
Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edibBirinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
Oktyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib.

Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verilib.

Bildirilib ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.

Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.

Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Qurani-Kərim hədiyyə edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2024    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ