24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov

Tarix: 30-08-2022 / 11:36 | Baxılıb: 256
yazıyı büyüt yazıyı küçült
Azərbaycanın Milli Qəhrəmanı Polad HəşimovPolad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ
rayonunun Vəndam kəndində doğulmuşdur. Sonradan ailəsi
ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. 1992-ci ildə
Sumqayıt şəhər 34 nömrəli orta məktəbi bitirmişdir. Həmin
il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş,
1995-ci ildə buranı motoatıcı ixtisası üzrə bitirmişdir. 1992-
ci ilin dekabr ayında Ağdam rayonunun Mərzili və Novruzlu
kəndlərinin müdafiəsində, 1993-cü il hadisələri zamanı
dövlət çevrilişinə cəhdin qarşısının alınmasında, Füzuli
rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu
əməliyyatlar keçirmiş, 702-ci motoatıcı briqadanın
hazırlığında iştirak etmişdir. Həmçinin, 1994-cü ildə Türkiyə
Respublikası İstanbul şəhərində yerləşən “Tuzla Piyada
Okulu”nda üç aylıq kurs keçmiş, hərbi təhsilini təkmilləşdirmişdir. Həmin ilin fevral ayında
Murovdağı silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda
vuruşmuşdur. 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin
komandiri vəzifəsinədək yüksəlmişdir. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuş, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr
elmi-ixtisas dərəcəsi almışdır. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik
komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət etmişdir. Polad Həşimov
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli əmri ilə "Hərbi xidmətlərə
görə" və 25 iyun 2009-cu il tarixli əmri ilə "Vətən uğrunda" medalları ilə, 24 iyun 2014-cü il
tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində
göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli əmri
ilə "Vətənə xidmətə görə" II dərəcəli ordeni ilə mükafatlandırılmışdır. Həmçinin Azərbaycan
Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç
dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)”, "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı
Qüvvələrin in 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi
(1918-2018)" yubiley medalları, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi
xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuşdur. 2-4 aprel 2016-cı ildə Talış
kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olmuş,
döyüş zamanı yaralanmışdır. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu”
adlanır. 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilmiş, daha
sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14
iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan
Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olmuşdur. Bununla da Polad
Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan
Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olmuşdur. 14 iyul tarixində
general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə,
sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. 15 iyul tarixində II Fəxri Xiyabanda,
polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunmuşdur. Ailəli idi. Üç övladı yadigar qalmışdır.
2020-ci ilin avqust ayında “Qanun” Nəşriyyatı tərəfindən general-mayor haqqında "Polad
generalımız" adlı kitab nəşr edilmişdir. Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə
Polad Həşimovun adı verilmişdir. Həmçinin, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin
Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə "Paşam, hey" adlı mahnı və klip
hazırlamışdır. “Hədəf nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində “General Polad Həşimov
xatirələrdə” kitabı nəşr edilmişdir. 28 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər
Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışı olu.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor
Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi
xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra
“Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ