24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində ödənişsiz ustad dərsləri təşkil olunub

Tarix: 16-07-2023 / 14:30 | Baxılıb: 260
yazıyı büyüt yazıyı küçült
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində ödənişsiz ustad dərsləri təşkil olunub


Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 5-15 yaş arası uşaqlar üçün rəqslə bağlı ödənişsiz ustad dərsləri təşkil olunub.

24 İNFO-nun məlumatına görə, əvvəlcə mərkəzin direktoru Leyla Əsədullayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi tərəfindən bu cür layihələrin mütəmadi olaraq təşkil olunacağını bildirib.

O, Azərbaycan uşaqlarının bilik və bacarıqlarının inkişafının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi zamanı həmişə diqqətində olduğunu bildirərək, bu gün bu missiyanın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Layihənin təlimçisi "ER"rəqs qrupunun rəhbəri, rəqslə bağlı 19 illik müəllimlik təcrübəsi olan Elsevər Ağayev çıxışı zamanı rəqs sənətinin incəliklərindən bəhs edib və bu sahədə təcrübələrini bölüşüb. O, uşaqların musiqi duyumunun və plastikasının inkişafında rəqsin əhəmiyyətindən söhbət açaraq iştirakçılara uğurlar arzu edib .

Dərslər Mədəniyyət Mərkəzinin rəqs zalında yerli və xarici rəqslərin ifası ilə davam etdirilib.

Ustad dərslərində Qızıldaş, Korgöz və Puta qəsəbələrindən ümumilikdə 40-a yaxın uşaq iştirak edib. Onların rəqs duyumu yoxlanılaraq onlara plastika hərəkətləri, milli və xarici rəqs parçalarının ifadəli şəkildə ifası öyrədilib.

Tədbirin qonağı olan valideynlər ödənişsiz ustad dərslərinin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə minnətdarlığını bildiriblər.

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində ödənişsiz ustad dərsləri təşkil olunub
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində ödənişsiz ustad dərsləri təşkil olunub
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində ödənişsiz ustad dərsləri təşkil olunub
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində ödənişsiz ustad dərsləri təşkil olunub






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ