24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Pandemiya başlayandan Azərbaycana 18,1 milyon doza vaksin gətirilib

Tarix: 17-07-2023 / 12:25 | Baxılıb: 188
yazıyı büyüt yazıyı küçült
Pandemiya başlayandan Azərbaycana 18,1 milyon doza vaksin gətirilib


Koronavirus pandemiyası başlayan gündən bu yana Azərbaycana 18,1 milyon doza vaksin gətirilib.

24 İNFO-nun məlumatına görə, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

O xatırladıb ki, pandemiya müddətində TƏBİB tabeliyində olan tibb müəssisələrində yüksək keyfiyyətli avadanlıqla təmin olunan 14 PZR laboratoriyaları fəaliyyətə başlayıb:

"Koronavirusla mübarizə üzrə səfərbər edilmiş 46 tibb müəssisəsindən 43-ü TƏBİB tabeli tibb müəssisəsi olub.Ümumilikdə, ölkədə 300-dən çox məntəqədə vaksinasiya işi təşkil edilib və ölkəyə 18.1 milyon doza vaksin gətirilib".

O bildirib ki, xəstəliyin gedişatı ağır hesab edilməyən vətəndaşların ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti əsasında müalicə almaları təşkil edilib:

"Bakı şəhərində bu tipli nəzarət funksiyasına 87 poliklinikanın xidmət ərazisini əhatə edən 41 məntəqə yaradılıb".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ