24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, küləyin sürəti güclənib

Tarix: 04-08-2023 / 14:55 | Baxılıb: 133
yazıyı büyüt yazıyı küçült
Dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, küləyin sürəti güclənibAzərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə "24İNFO"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, respublikanın bir-sıra rayonlarında leysan xarakterli yağış yağır.

Əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Yağan leysan yağışı nəticəsində Qax rayonu ərazisindən keçən Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıcaydan sel keçir.

Bununla yanaşı Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək şimal-qərb küləyi güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ