24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Putin Ərdoğan görüşündə heç bir sənəd imzalanmayacaq

Tarix: 04-09-2023 / 17:38 | Baxılıb: 197
yazıyı büyüt yazıyı küçült
Putin Ərdoğan görüşündə heç bir sənəd imzalanmayacaqRusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşün yekunlarına görə hansısa sənədin imzalanması planlaşdırılmır.

Bu barədə sentyabrın 4-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putin və Ərdoğan arasında geniş tərkibdə danışıqlar çox konstruktiv keçib.

Tərəflər “Taxıl sazişi”, Türkiyə ilə “qaz hab”ının yaradılması, həmçinin, Moskva ilə Ankara arasında iqtisadi münasibətlərin inkişafı haqqında müzakirələr aparıblar.
Xatırladaq ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiyanın dövlət başçıları görüşüblər. Görüş saat yarım davam edib.

Mənbə: “RİA Novosti” Telegram kanalı






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ