24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

CESCO-nun Baş direktoru: Bakı Konqresi Azərbaycan və digər iştirakçı ölkələr üçün irəliyə doğru atılmış böyük addımdır

Tarix: 02-10-2023 / 10:23 | Baxılıb: 132
yazıyı büyüt yazıyı küçült
CESCO-nun Baş direktoru: Bakı Konqresi Azərbaycan və digər iştirakçı ölkələr üçün irəliyə doğru atılmış böyük addımdırBu Konqresdə iştirak etməkdən çox məmnunam. Belə bir önəmli Konqresə dəvət aldığım üçün şadam, çünki tədbirdə kosmos və kosmik sənaye, bu sahədə innovasiyalar və texnologiyaların inkişafına dair bütün mövzular əhatə olunub. Düşünürəm ki, bu, təkcə İslam dünyası üçün deyil, həmçinin Azərbaycan və digər iştirakçı ölkələr üçün irəliyə doğru atılmış böyük addımdır. Bu, bizim hamımız üçün, bütün iştirakçılar üçün əla fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin açılışında iştirak edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

ICESCO-nun Baş direktoru Konqresin yüksək səviyyədə təşkil olunduğuna görə Azərbaycana təşəkkürünü bildirərək qeyd edib ki, burada bütün dünyadan olan insanlar bir araya toplanıb - astronavtlar, startapçılar, dövlət nümayəndələri, iş adamları, gənclər və digərləri.

“ICESCO ilə “Azərkosmos”un əməkdaşlığı çərçivəsində Bakı Konqresinə 500 tələbə gətirmişik. Onlardan 200 nəfər Mərakeşdəndir. İslam dünyasından olan bu tələbələr tibb, mühəndislik və digər sahədə təhsil alırlar. Onlar hamısı burada iştirak etməyi çox istəyirdilər, çünki bu tədbirin onları gələcəkdə daha yaxşı işləməyə ruhlandıracağına əmindirlər. Onları yüksək səviyyədə qarşılayıb qonaq etdiyi üçün Azərbaycan hökumətinə dərin təşəkkürümü bildirirəm", - deyə baş direktor əlavə edib.

Salim bin Məhəmməd əl-Malik deyib ki, ICESCO-ya üzv olan 54 ölkədən yalnız 17-si kosmik sahəyə yatırımlar edir. Bu yatırımların 2024-cü ildə 1 trilyon dollardan 2 trilyon dollara çatdırılması hədəflənib.

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin rəsmi açılış mərasimi keçirilir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ