24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

İsrail ordusu HƏMAS kəşfiyyatının başçısına məxsus binaya zərbə endirib

Tarix: 08-10-2023 / 12:30 | Baxılıb: 109
yazıyı büyüt yazıyı küçült
İsrail ordusu HƏMAS kəşfiyyatının başçısına məxsus binaya zərbə endiribİsrail aviasiyası Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının “kəşfiyyat bölməsinin rəhbəri”nə məxsus binalar kompleksinə zərbə endirib.

“24İNFO” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail ordusunun qırıcı təyyarələri HƏMAS terror təşkilatının kəşfiyyat bölməsinin rəhbərinə məxsus binalar kompleksini vurub. Hazırda İsrail Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir”, - məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ