24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Hakan Fidan Blinkenlə İsrail və Fələstindəki vəziyyəti müzakirə edib

Tarix: 09-10-2023 / 07:33 | Baxılıb: 249
yazıyı büyüt yazıyı küçült
Hakan Fidan Blinkenlə İsrail və Fələstindəki vəziyyəti müzakirə edibTürkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

"24İNFO"nun məlumatına görə, bu barədə diplomatik mənbələrdən bildirilib.

Məlumata əsasən, tərəflər İsrail və Fələstindəki vəziyyəti müzakirə ediblər.

Bu mövzu onlar arasında oktyabrın 7-də, şənbə günü baş tutan telefon danışığı zamanı da müzakirə olunub.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ