24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıdıb

Tarix: 01-11-2023 / 14:52 | Baxılıb: 158
yazıyı büyüt yazıyı küçült
Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıdıbGürcüstanın Tiflis şəhərində keçirilmiş yarışda uğurlu çıxış edən universal döyüş növləri üzrə dünya çempionatında güləş üzrə yarışan millimiz bu gün vətənə qayıdıb.

“24İNFO" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ölkəmizi Dünya Çempionatında 28 idmançı təmsil edib.

Oktyabrın 26-31-i tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Universal döyüş idman növünün Güləş versiyası üzrə Dünya Çempionatında Azərbaycan 28 idmançı ilə təmsil olunub. Universal döyüş federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komanda yeniyetmələr, gənclər və böyük yaş kateqoriyalarında güclərini sınayıblar.

35 ölkədən güləşçilərin qatıldığı yarışda yeniyetmə idmançılarımız 1 qızıl, 3 gümüş, 2 bürünc, gənc güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.

Böyük yaş qrupunda çıxış edən idmançılarımız isə Vətənə 1 qızıl, 2 gümüş, 3 bürünc medulla qayıdıblar.


Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıdıb
Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıdıb
Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıdıb






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ