24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Kəpəz”in yeni baş məşqçisi: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır”

Tarix: 13-11-2023 / 17:09 | Baxılıb: 91
yazıyı büyüt yazıyı küçült
“Kəpəz”in yeni baş məşqçisi: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır”“Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır”.

Bunu “Report”a açıqlamasında “Kəpəz”in yeni baş məşqçisi Adil Şükürov deyib.

46 yaşlı mütəxəssis Gəncə futbol ictimaiyyətindən kömək gözlədiyini bildirib: “Gəncə mənə yad yer deyil. Burada futbol oynamışam, camiəni tanıyıram və çox adamla münasibətim var. Ümumi tapşırığımız Gəncə futbolunu düşdüyü durumdan çıxarmaqdır. Bu yolda istənilən kömək bizə xoş olar. Kimsə işimizə mane olmağa çalışacaqsa, ona, ümumiyyətlə, fikir verməyəcəyik”.

A.Şükürov qış fasiləsində yeni transferlər olacağını da gizlətməyib: “Buradakı futbolçularla iş görmək olar. Sərəncamımızda olan heyətlə uğurlu çıxış etməyə çalışacağıq. Qış fasiləsində heyətdə müəyyən dəyişikliklər olacaq, komandaya yeni futbolçular cəlb ediləcək. Hazırkı kollektivi tam tanıdıqdan sonra bu barədə qərar verəcəyik”.

Qeyd edək ki, Adil Şükürov bu gün “Kəpəz”lə 2 illik müqavilə bağlayıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ