24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq

Tarix: 18-12-2023 / 09:27 | Baxılıb: 79
yazıyı büyüt yazıyı küçült
Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaqBu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

“24İNFO” xəbər verir ki, AL-in pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində başlayacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının 8 qrupunun birinciləri ilə birləşəcək.

Fevralın 15-i və 22-nə nəzərdə tutulan oyunlarda “Qarabağ”ın ilk matçı səfərdə baş tutacaq.

“Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Ukrayna).

Xatırladaq ki, daha öncə “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev “Yanq Boyz”u Ağdam təmsilçisi üçün ən münasib rəqib hesab edib.

Niderlandın “Feyenoord” klubunun azarkeşlərinin əksəriyyəti isə pley-off mərhələsində Azərbaycan komandası ilə üz-üzə gəlmək istəyirlər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə İsveç təmsilçisi “Hekken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveçlilər isə hesabına xal yazdıra bilməyiblər.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ