24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycanda qızılca ilə bağlı son durum açıqlanıb

Tarix: 20-12-2023 / 14:16 | Baxılıb: 152
yazıyı büyüt yazıyı küçült
Azərbaycanda qızılca ilə bağlı son durum açıqlanıbQızılcanın müalicəsi ilə bağlı dərman təminatı ən üst səviyyədədir.

"24İNFO" verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə qızılca ilə bağlı vəziyyət stabildir: "Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır. Valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa, stasionar müalicəyə cəlb olunacaqlar, bunun üçün şərait də var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir".

O qeyd edib ki, xəstəxanalarda heç bir sıxıntı yoxdur: "Biz görürük ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər, lakin bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ