24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Qəbələ”nin legioneri: “Rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi”

Tarix: 22-01-2024 / 09:40 | Baxılıb: 177
yazıyı büyüt yazıyı küçült
“Qəbələ”nin legioneri: “Rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi”“Rəqabətin səviyyəsi məni müsbət mənada təəccübləndirdi”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Lukas Afriko “abola.pt” saytına açıqlamasında deyib.

Mövsümün əvvəlində “qırmızı-qaralar”a keçən braziliyalı müdafiəçi Azərbaycana və futbolumuza uyğunlaşdığını bildirib: “Azərbaycanda mədəniyyət fərqlidir, müəyyən çətinliklər yaşadım. Amma burada oynayan və evimin yaxınlığında qalan bəzi braziliyalılarla tanış olmağım işimi asanlaşdırdı. Yeni təcrübədən həzz alıram və bundan maksimum yararlanmaq istəyirəm. Burada futbol bir az fərqlidir. Yaxşı komandalar, güclü oyunçular var. Beş ili Portuqaliyada keçirdim, Avropa futboluna öyrəşmişəm. Ancaq Azərbaycan da geri qalmayıb”.

Portuqaliyada “Maritimu” və “Eştoril” kimi klubların formasını geyinmiş 28 yaşlı oyunçu həmin ölkənin “Braqa” komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” önündə şanslarını da dəyərləndirib: “Qarabağ” Azərbaycanın ən böyük komandasıdır. Çox yaxşı oyunçular var. Juninyo, Riçard Almeyda, Julio Romao kimi bəzi futbolçuları Portuqaliyada çıxış ediblər. Onlar “Braqa”nı yaxşı tanıyırlar. İki bacarıqlı komandanın dueli olacaq. “Qarabağ”ın yaxşı məşqçisi var, sürətli və çox adamla hücuma keçirlər. Müdafiə olunmağı bacarırlar və aqressivdirlər. Juninyo və Riçardla möhkəm dostluğum var, bir neçə dəfə görüşmüşük, nahar etmişik. “Braqa” ilə qarşılaşacaqlarını biləndə çox sevindilər. Çətin olacağının fərqindədirlər”.

Qeyd edək ki, Premyer Liqada ilk yarının bütün oyunlarında iştirak edən Lukas Afrikonun hesabında 1 qol var.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ