24INFO.AZ

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Qazaxda müəllim şagirdləri TƏHQİR ETDİ+QALMAQAL

Tarix: 23-01-2024 / 17:02 | Baxılıb: 468
yazıyı büyüt yazıyı küçült
Qazaxda müəllim şagirdləri TƏHQİR ETDİ+QALMAQAL


Qazax şəhəri, Səlim Əfəndiyev adına 1 nömrəli Tam Orta Məktəbin Ədəbiyyat müəllimi iki şagirdi təhqir edib.

Saytımızda daxil olan məlumata görə, müəllim “6a” sinfində təhsil alan iki şagirdi “tərbiyəsiz” adlandırıb.

O da bildirilir ki, şagirdlərin valideyni məsələni araşdırmaq üçün məktəbə gəlib. Lakin, Rahiyyə adlı həmin müəllim onların valideynini də təhqirlərə məruz qoyub.

Əldə etdiyimiz xəbərdə o da bildirilir ki, müəllim valideynə “Sənin geyimindən də görünür ki, tərbiyən necədir” - sözlərini işlədərək, valideyni sinifdən qovub.

O da qeyd olunur ki, sözü gedən şagirdlər sinfin fəal, yaxşı qiymətlərlə oxuyan şagirdləridir. O da bildirilir ki, şagirdlərin tərbiyəsi ilə bağlı da hər hansı problem mövcud deyil.

Baş vermiş hadisə ilə bağlı tərəflərin mövqeyini də işıqlandırmağa hazırıq.

Qeyd edək ki, məktəbin direktoru Yaşar Əliyevdir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2024    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

24INFO.AZ SOSİAL ŞƏBƏKƏLƏRDƏ